“Məmurların bir hissəsi bu hakimiyyətlə, rejimlə vidalaşıb qorxusuz yaşamağı arzu edir.”

Açıq Cəmiyyət Partiyasının lideri, hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan eks-spiker Rəsul Quliyev “Yeni Müsavat”a geniş və eksklüziv müsahibə verib. Onunla ölkədəki mövcud durum, Milli Şura ilə bağlı məsələlər, iqtidarda gedən proseslər barədə söhbətimizi təqdim edirik.

 

– Öncə sizin Azərbaycandakı mövcud – seçkiqabağı duruma münasibətinizi öyrənmək istərdik.

– Hələ ki ancaq hakimiyyətin əl-ayağa düşməsi göz qabağındadır. Çünki hakimiyyət bu il seçkilərin saxtalaşdırılmasının verə biləcəyi acı nəticələri hiss edir, görür. İqtidar müxalifətin yaratdığı Milli Şuraya ənənəvi yuxarıdan aşağı baxsa da, özünə pulla tutduğu piar adamları, texnoloqlar onlara vəziyyətin heç də düşündükləri kimi asan olmadığını başa sala biliblər. Bu hökumətdə xüsusi mentalitetli adamlar toplanıb. Hələ Heydər Əliyev dönəmindən tətbiq edilən “rüşvət almayan yoxdur, rüşvətlə hər şeyi həll etmək olar, əgər həll olunmursa deməli rüşvətin miqdarı kifayət etməyib” nəzəriyyəsi son 10 ildə daha da inkişaf edib, indiki iqtidarın iş üsuluna çevrilib. Əksər hallarda məsələn, idman olimpiadası, “Eurovision” keçirilən ərəfədə, Avropa Şurası və Avropa Parlamentində bəzi deputatların pulla alınması bu nəzəriyyənin düzgün olduğunu təsdiqlənib. Hakimiyyətin bundan ruhlanaraq başqa ölkələrdə, təşkilatlarda xüsusilə ABŞ-da lobbiçilərə külli miqdarda pul xərcləməklə 2013-cü il seçkilərini də asanlıqla saxtalaşdıra biləcəyinə inamı bu ölkələrin liderlərinin qətiyyətlə demokratiyaya dəstək verəcəkləri bəyanatlarından sonra sarsılıb. Ona görə də həmin lobbistlərin təklifi ilə müəyyən işlər görməyə cəhd edirlər. İndiki hökumət ABŞ, Rusiya Federasiyası və başqa ölkələrin özlərini niyə belə apardıqlarını anlaya bilmir. Hakimiyyət təxminən belə düşünür: “Biz Azərbaycanın maraqlarını tapdalayaraq, bu Qərb nə istəyibsə edirik, neft ildə maksimum 35 milyon ton çıxarılmalı idi, 55 milyon çıxarmağa icazə vermişik. Ondan gələn valyutanın həm oğurlanmış, həm də fondda yığışan hissəsini Qərb banklarında saxlayırıq. İldə bu ölkələrdən azı 15 milyard dollarlıq mal alıb gətiririk, azərbaycanlıların daxildə məhsul istehsal etmələrinin qarşısında kifayət qədər ciddi baryerlər qoymuşuq. Amerikalıların hərbi aerodromlarımızdan imtiyazlı istifadə etməsinə şərait yaratmışıq. Rusiyanın yüksək ranqlı məmurlarına verilən rüşvəti bir neçə dəfə artırmışıq. Bəs nəyə görə bu ölkələr bu dəfə bizim seçkiləri saxtalaşdırmağımıza göz yummaq istəmirlər?!” İqtidar bu cür yanaşır proseslərə. Zaman-zaman dünyada puldan başqa da dəyərlərin mövcudluğuna inanmayan hökumət indi məcbur qalıb Qərb lobbiçilərinin məsləhətlərini yerinə yetirmək istəyir. Bir maraqlı məqamı qeyd edib. Hazırda hakimiyyət ilk növbədə ABŞ-a belə məzmunlu mesajlar yollayır: “Bu indiki prezidentin 3-cü və axırıncı prezidentliyə namizədliyidir, 2018-ci ildə prezidentliyə namizəd Mehriban Əliyeva olacaq”. Əslində pulla işlətdikləri texnoloqların, lobbiçilərin verdiyi bu ideyanın işləyəcəyinə, həyata keçəcəyinə ümid bəsləyən hökumət tələm-tələsik “Qərb ölkələri ilə üçüncü prezidentlik məsələsi razılaşdırılıb, onlar bunu qəbul edirlər” bəyanatını verir. Novruz Məmmədovun açıqlamasını buna misal göstərmək olar.

 

– Sizcə, bu ideya gerçəkləşə biləcəkmi? Qərblə hakimiyyətin anlaşması baş tuta bilərmi?

– Bu ideyanın işləyib-işləməyəcəyi, baş tutub-tutmayacağı ancaq və ancaq Milli Şuranın atacağı real addımlardan, görəcəyi işlərdən, aparacağı prosesdən asılıdır.

 

– Hakimiyyət daxilində də ziddiyyətli proseslərin getdiyi bildirilir. İqtidarın içində qarşıdurmalar, qopmalar ehtimalı varmı?

 – Gerçəkdən hakimiyyət daxilində gedən proseslər çox mürəkkəbdir. Təkcə bir məqamı qeyd edim. Ərəb ölkələrində baş verənlərdən dərhal sonra Azərbaycanın məmur-oliqarxlarının əksəri uşaqlarına xarici ölkələrdə vətəndaşlıq, həmin ölkələrdə mülklər almağa başlayıblar. Hazırda əksər məmur övladlarının ikili vətəndaşlığı var. Həmin yolla məmur-oliqarxlar xarici ölkələrdə bizneslər qurublar, pullarını investisiya şəklində gizlədə biliblər. Belə deyək ki, onlar ailələrinin, özlərinin təmtəraqlı gələcək həyatlarını təmin ediblər. Ona görə də çoxları özlərini  bir qədər sərbəst hiss edirlər.

Sözsüz ki, məmurların bir hissəsi bu hakimiyyətlə, rejimlə vidalaşıb qorxusuz yaşamağı arzu edir. Ancaq bu hakimiyyətdən qopmağın yollarını bilmirlər, təşvişlə hadisələrin necə inkişaf edəcəyini gözləyirlər. Əgər Azərbaycanda ciddi hadisələr baş versə, komanda üzvlərinin maksimum 10 faizi prezidenti qətiyyətlə dəstəkləyəcəklər xalqa qarşı cinayətkar addımlar atacaqlar. Əksər komanda üzvləri isə gizli şəkildə bu rejimdən özlərini uzaqlaşdırmaq siyasəti aparırlar. Onların gələcək addımları yenə də müxalifətin görəcəyi real işlərdən asılıdır. Yəni onların başqa cəbhəyə keçməsi, ən azı neytral qalması bu günün reallığıdır. Onlar yaxşı bilirlər ki, əvvəl-axır bu rejimin siyasətinin qurbanı olub dünyanın korrupsionerlər siyahısına düşəcəklər, acı tale yaşayacaqlar. 21-ci əsr qloballaşma əsridir. Bu prosesdə korrupsiya və rüşvətlə yığılmış qara pullara sadəcə olaraq yer yoxdur. Müsadirə prosesi ilə bu qara pullar dövriyyədən çıxarılmalıdır. 9 milyon yarımlıq Azərbaycanın 40-50 milyardlıq qara pulu bütöv bir regionun maliyyə sistemini dağıdır. Bunun qarşısı çıx qısa bir müddətdə alınacaq.

 

– Milli Şura ilə bağlı nə düşünürsünüz? Məqsədə nail ola biləcəkmi şura? Bunu şərtləndirən amillər nədir?

– Demokratik Qüvvələrin Milli Şuranın yaranması təqdirəlayiq hadisədir. Bu qurum demokratiya uğrunda mübarizədə əsas rolu oynamalıdır. Ancaq bəyanatlar, nəzəriyyə mərhələsi təcili bitməlidir, Milli Şura konkret işlərə keçməlidir. İşlər iki istiqamətdə getməlidir. Birincisi, daxildə protest mitinqlərinin təşkil edilməsi rejimə təsir edə biləcək yeganə faktordur, bunun alternativini görmürəm. İkinci əsas məsələ xarici ölkələrin və beynəlxalq təşkilatların Milli Şuranın seçkilərdə iştirak etməsini fundamental faktor kimi qəbul etməsinə nail olmaqdır. Milli Şuranın öhdəliyi hakimiyyəti xalqa qaytarmaqdır. Bu ideyanın həyata keçirilməsində nə şəxsi, nə də partiya maraqlarının yeri yoxdur. Hamı bir nəfər kimi şəxsi və partiya münasibətlərinin necə olmasından asılı olmayaraq mübarizəyə başlamalıdır. Milli Şura daxildə protest mitinqlərini təşkil edəcək komissiya və ya komitə yaratmalıdır. O komitənin üzvləri əsasən yürüş, mitinq keçirməkdə təcrübələri olan partiyaların funksionerlərindən ibarət olmalıdır. Onlar təkliflər hazırlayıb Milli Şuranın təsdiqinə verməlidirlər və proses çox qısa müddətdə başlamalıdır. Hər halda, bu işlərə iyulun əvvəlindən start verilməlidir.

– Hazırda iki variant ortaya atılıb, bunlar haqda dartışmalar gedir: Milli Şuranın namizədi kimi Rüstəm İbrahimbəyovun adı çəkilir. Habelə Abbas Abbasovun da adı namizədliklə bağlı hallanır. Sizin müşahidələriniz və fikriniz nədir?

– Hesab edirəm ki, bu mərhələdə vahid namizəd camaatın yaxşı tanıdığı, müxalif qüvvələrin əksəriyyətinin dəstəklədiyi şəxs olmalıdır. O şəxs qətiyyətli olmalıdır. Liderlik keyfiyyətlərinə malik olmalıdır. Natural xarizması olmalıdır. Sivil dünyanın bir çox ölkələrində tanınmalıdır.  O şəxs bu gün Rüstəm İbrahimbəyovdur. Abbas Abbasovun adını vahid namizəd kontekstində hallandırmaq qeyri-ciddidir. Birincisi, müşahidələr və verdiyi bəyanatlar göstərir ki, o, özü bunu istəmir. Bu müddət ərzində dəfələrlə İlham Əliyevi dəstəklədiyini elan edib. İkincisi, Abbas Abbasov yaxşı işgüzar adamdır, ancaq o, liderlik keyfiyyətlərinə malik deyil. Mənə belə gəlir ki, düşmənləri onun adını vahid namizədlikdə hallandırmaqla hakimiyyətin repressiya aparatını ona tuşlatdırmaq istəyirlər.

– Rüstəm İbrahimbəyovla ABŞ-da baş tutan görüşünüzdə nə kimi məsələlər müzakirə olundu, nə anlaşmanız oldu?

– Rüstəm İbrahimbəyovla görüşdə Milli Şura, Azərbaycanın gələcəyi və ümumiyyətlə, bütün aspektlər ətrafında fikir mübadiləsi və müzakirələr apardıq. Nəzərə alsaq ki, biz artıq bir-birimizi 20 ildən çoxdur tanıyırıq, bir-birimizi çox asanlıqla başa düşürdük. Məsələn, onun peşəkar siyasətçi olmaması və ya Milli Şuranın Rusiyanın proyekti olması və sair əcaib məsələlər heç müzakirə obyekti olmadı. Çünki yaxşı bilirik ki, bizim ancaq Azərbaycanın proyekti olmaq şansımız var. Siyasətçi məsələsinə gəldikdə, Kinemotoqrafçılar İttifaqının başçısı istər-istəməz ömrü boyu siyasətlə məşğul olub, başqa variantı yoxdur. Çünki bu post elədir ki, siyasəti də bilməyi tələb edir. Rüstəm İbrahimbəyovun verdiyi məntiqli müsahibələrə diqqət etmək lazımdır. Bu müsahibələri, oradakı fikirləri, yanaşmaları onun siyasi savadının hansı səviyyədə olduğunu göstərən faktlardır.

– Belə bir variant ola bilərmi ki, Rəsul Quliyev ölkəyə Rüstəm İbrahimbəyovla birlikdə dönsün?

– Yox, mənim Azərbaycana dönüşümün onun dönüşü ilə heç bir əlaqəsi yoxdur. Fikirləşirəm ki, Rüstəm İbrahimbəyov iyul ayında Milli Şuranın vahid namizədi kimi Avropa ölkələri və qonşu ölkələrdə səfərdə olub görüşlər keçirməlidir. O, Milli Şuranı və özünü vahid namizəd kimi təqdim edəndən sonra Azərbaycana gəlməlidir. Bu iş onsuz da görülməlidir. Prezident seçkilərinə rəsmi start veriləndə isə respublikada olmayıb, Avropa və başqa ölkələrə səfər etmək, xaricdə qalmaq məqsədə uyğun deyildir.

– Bir müddətdir Azərbaycana yaxın ölkələrə səfər edəcəyiniz haqda məlumatların əsası varmı?

– Bu planımda elə bir dəyişiklik yoxdur, hər şey nəzərdə tutduğum kimi davam edir. Səfərlər proqramım barədə bunlar reallaşanda mətbuata açıqlama, məlumat veriləcək.

Elşad MƏMMƏDLİ

About Rasul Guliyev - Rəsul Quliyev

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Bir Cavab to ““Məmurların bir hissəsi bu hakimiyyətlə, rejimlə vidalaşıb qorxusuz yaşamağı arzu edir.””

  1. Rəsul müəllim,bu xalqın Sizin kimi liderə ehtiyacı böyükdür.Sizin bütün fəaliyyətiniz Azərbaycan xalqının rifahı naminə olub.Sizə rəğbətimiz böyükdür.Allah Sizə kömək olsun.

Cavab qoy