Vilyam Hacıyevin vəziyyəti ağırdır, dövlətdən humanizm gözləyir
İmişlinin həbs edilən sabiq icra başçısı Vilyam Hacıyev koronavirusla mübarizədə çarpışmaqdadır. Reportyor.info-nun əldə etdiyi məlumata görə, onun vəziyyəti ağırlaşıb.
V.Hacıyev hazırda müalicə alsa da, vəziyyətində dəyişiklik yoxdur. Dövlət rəhbərliyinin və məhkəmənin onun səhhətini nəzərə alacağına ümid bəslənir. Məluatda bildirilir ki, bu günlərdə dövlət “Azərxalça”nın rəhbəri Vidadi Muradovun onkoloji xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq, onun vurduğu ziyanı ödəmək qarşılığında humanist addım atıb azadlığa buraxdığı kimi, eyni qərar Vilyam Hacıyevlə də verilə bilər. Bu da onun normal həyata qayıdışı və sağalması üçün 8 Noyabr Zəfər Günü ərəfəsində bir hədiyyə olardı. Ümid edilir ki, V.Hacıyev amnistiyaya düşsün. Artıq həbs olunmuş bir keçmiş icra başçısı, bir sabiq deputat koronavirusdan dünyasını dəyişib, ona görə bunun davamının gəlməməsi üçün dövlət baba böyüklük göstərməsini, Vilyam Hacıyevi ən az ev dustaqlığına buraxılması arzu olunur. Ən azından ortada bir məmur yox, insan həyatından söhbət gedir.
Short URL: https://www.cumhuriyyet.net/?p=168027