“Nə qədər geg deyil, Koray Tarqayı geri çağırmalıdırlar”

«Avropa «kürü diplomatiyası»ndan narahatlığını bildirir, xəbərləri yoxdur ki, kürü siyasətini dəstəkləyən Bakının mərkəzində oturub»

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay «Azadlıq Radiosu»na geniş müsahibə verib. Diplomat bildirib ki, Azərbaycanda bütün sahələrdə irəliləyiş var: “İnsan haqları sahəsində – 20 il öncə ilə müqayisə etsəniz, irəliləmə görərsiniz. Hüququn üstünlüyü, demokratikləşmə sahəsində irəliləmələr var. İqtisadi və ətraf mühit sahələrində daha çox irəliləyiş əldə olunub. Bütün sahələrdə aldığımız nəticələrdən razıyıq. Azərbaycanı insan hüquqları, demokratikləşmə məsələsində ən aşağı yerlərdə göstərmək məncə, haqsızlıqdır”. KorayTarqay polisin vətəndaşlarla, konkret olaraq mitinqə çıxanlarla davranışından da razılığını ifadə edib və hökumətin anti-korrupsiya siyasətini siyasi iradə kimi dəyərləndirib.

Amma bu günə qədər nə hüquq müdafiəçiləri, nə də siyasi partiyalar səfirin müsahibəsinə reaksiya verməyiblər. Yalnız dünən Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev bu barədə müraciətimizə cavab verib: “Bu sualı oxuyanda gözlərimə inanmadım. Düşündüm ki, Milli Məclisin deputatlarından kiminsə müsahibəsini səhvən və ya zarafat etmək üçün ATƏT-in Bakıdakı səfirinin adından veriblər. Bunun zarafat olmadığına inanandan sonra bu şəxsiyyətin tərcümeyi-halını internetdə axtardım. Təəssüfki, tapa bilmədim. ATƏT-in Bakıdakı səfiri indiyə qədər internetə düşə biləcək “qəhrəmanlıqlar” edə bilməyib. Ancaq çətinliklə də olsa, bu şəxsin diplomat kimi bir sıra Avropa ölkələri və ən yüksək vəzifəsi isə Malaziyada (əgər Koray bəy müsahibəsində dedikləri inkişafları görə bilibsə, deməli Malaziya onun üçün demokratiyanın etalonu olmalıdır) səfir işləmək olub. Onun müsahibəsi ilə tanış olandan sonra əminliklə demək olarki, səfir əfəndi prezident seçkilərindən sonra diplomat karyerasına xitam verəcək. Bu baxımdan o, özünə azərbaycanlılar demişkən, bənə güzəranlıq etmək istəyir. Səfirlərin özlərini belə aparması azərbaycanlılar üçün yeni deyil. Məsələn, ABŞ-ın keçmiş səfiri Eskudera kimi. Ancaq adamın başının üstündə Allah var, cənab Eskudera da bu bəy kimi hökümətdən ötəri belə canfəşanlıq etməmişdi. Milli Məclis deputatları beynəlxalq təşkilatların korrupsiya və rüşvət üçün müəyyənləşdirdiyi yerin düzgün olmadığını deməyə utanırlar, deyirlər bu hər yerdə var mübarizə aparılır. Ancaq ATƏT kimi təşkilatın səfiri qeyd edir ki, bu mübarizə xeyli irəliləyib. Halbuki, onun təmsil təmsil etdiyi ATƏT, Avropa Şurası və parlamenti Azərbaycanda insan haqlarının tapdalandığına daim etiraz ediblər. Azərbaycan hökümətinin bəzi deputatları kürü ilə ələ almaqdan narahatlığını bildirirlər, xəbərləri yoxdurki, kürü siyasətini dəstəkləyən Bakının mərkəzində oturub”.

Rəsul Quliyev hesab edir ki, müxalifət və hüquq müdafiəçiləri səfirin müsahibəsi ilə əlaqədar təcili etiraz bəyanatı hazırlayıb ATƏT-ə göndərməlidir: “Nə qədər geg deyil, bu adamı geri çağırmalıdırlar. Zindanlarda olan siyasi və mülkiyəti zorla alınmışlar Avropa Məhkəməsinə müraciət ünvanlamlıdırlar. Konkret olaraq, məsul şəxsin Azərbaycandan dezinformasiya yaymaqla məşğul olduğundan şikayət etməlidirlər”.

Natiq CAVADLI

About Rasul Guliyev - Rəsul Quliyev

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

3 Cavab to ““Nə qədər geg deyil, Koray Tarqayı geri çağırmalıdırlar””

  1. Mətbuat konfransı zamanı çıxışının başqa hissəsində, Cənab Grossruk “hökümət burada seçkilərdən öncə beynəlxalq seçki standartlarına əməl etmək üçün işlər görüb”, “biz obyektiv və balanslı olmaq üçün çox çalışmışıq…” və s. kimi aydın olmayan ifadələrdən istifadə edib.

  2. Bir adam ki,tüpürdüyünü yaladı deməli bu adamın kimliyi üzü çıxır.
    Koray Targay: «İsveçrədəki cərimə burada tətbiq oluna bilməz»
    ATƏT-in Bakı ofisi mitinq cərimələrinin artırılmasını nəzərdə tutan layihədən narahatdır və sərbəst toplaşma azadlığını məhdudlaşdıracaq hər hansı dəyişikliyə qarşı çıxır. Bunu ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay oktyabrın 30-da “Azadlıq” radiosuna müsahibəsində deyib.

    ATƏT kimi təşkilatın səfiri korrupsiya və rüşvətə qarşı mübarizə xeyli irəliləyib,deyirsə bunu dedizdirən kürüdür,deməli özü də rüşvəti almaqla bunu “sübut”edir.Belə bir misal var,”atı atın yanına baglasalar ya həmcins olar,ya da həm xasiyyət”yazıq səfir neynəsin ki,tamahı vicdanına üstün gəlir?Bunların yanında heç Ala qarga da bala verməz,baş çıxarmaz!

  3. Yadimdadi Noyabr ayinin ortalarinda ATƏT-in Bakı ofisinin rəhbəri, sefir Koray Tarqay «Azadlıq Radiosu»na genish müsahibe vermishdi. Diplomat bildirmishdir ki, Azerbaycanda bütün sahelerde irelileyish var: “İnsan haqları sahəsinde – 20 il önce ilə müqayise etseniz, irelileme görersiniz. Hüququn üstünlüyü, demokratikleshme sahəsinde irəlilemeler var. İqtisadi ve ətraf mühit sahelerinde daha cox irelileyish elde olunub. Bütün sahelerde aldıgımız neticelerden razıyıq. Hetta, KorayTarqay birazda yuxari gederek polisin vətəndashlarla, konkret olaraq mitinqe cıxanlarla davranıshından da razılıgını ifade edir və hökumetin anti-korrupsiya siyasetini siyasi irade kimi deyerlendirir.

    Bu münbasibete cemiyyetden, en esasi müxalifet düshergesinden keckin etirazin gözlediyimiz halda, metbuatda ancaq ashagidaki müraciyyetden bashqa hec bir melumat tapa bilmedim.

    http://azpolitika.com/2012/11/15/n%C9%99-q%C9%99d%C9%99r-gec-deyil-koray-tarqayi-geri-cagirmalidirlar/

    Hetta bu haqda cox taninmish politoloqa müraciyyet etdim, cavabini oldugu kimi yayimlayiram:

    “Salam Hatəm bəy. nə ATƏT-i, nə də bu adamı heç kəs ciddi qəbul eləmir, ona görə də buna diqqət çəkmək əslində onların çəkisini artırmaq olardı. Əsas rol oynayan qurum bu gün Avropa Birliyidir, onunsa mövqeyi yetərincə tənqidi, sərt və ardıcıldır.”

    Indi, Avropa Birliyinin Azerbaycandaki nümayendeliynin rehberi, sefir Roland Kobian 2013-cü il seckilerinde Ilham Eliyevi “sanli namized” adlandirir ve Türkiyeli politoloq, Türksamin rehberi, Türkiye böyük millet meclisinin deputati, Türkiye Azerbaycan parlamentler arasi dostluq qrupunun katibi Sinan Ogan bildirir ki, Avropali diplomatin dediklerinde qeyri adi bir shey yoxdur ve bunu Azerbaycanin daxili ishine qarishmaq ve secki prosesine müdaxile etmek kimi qebul etmir.

    Bu ne demekdir?
    Bu o demekdir ki, ey Azerbayacan milleti ne qeder ki, siz öz etriazinizi bildirmeye cüret ede bilmeyeceksiniz, ne qeder ki, siz eri öldürülmüsh veteandashin namusunu qoruya bilemyeceksiniz, ne qeder ki, Qerbden ve Avropadan gözlentileriniz olacaq, ne qeder ki, bir millet, iki dövlet adlandirdiginiz Türklere ümid baglayacaqsiniz, bir o qeder sizin prezitenlerinizi men ve menim kimiler teyin edecek.

    Menim ücün cox eziz, ancaq bedbaxt milletim, artiq itiririk milli mensubiyetimizi, artiq biz öz isteyimizle deyil, bashqalarinin diktesi ile yashamaga mecbur edilmishik.

    Birleshmek vaxti deyilmi?

Cavab qoy